Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Əsrə bərabər 44 gün: Dağıdılmış mif, şanlı ordunun zəfəri… – VİDEO

147 Baxış

Sentyabrın 27-dən başlanan və 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində ordumuz Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələri darmadağın etdi, işğal altında olan Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini, Qarabağın incisi olan Şuşa şəhərini işğaldan azad etdi.

Baku TV xəbər verir ki, Xalq-Ali Baş Komandan, xalq-ordu birliyi üzərində qurulan zəfər yürüşü ilə ümumilikdə beş şəhər, dörd qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu.

Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan bəyanatda sülhməramlıların Dağlıq Qarabağa yerləşdirilməsi öz əksini tapıb. Artıq Qarabağ statusu, Qarabağın hər hansı formada idarəetmə funksiyasından söhbət getmir. Bu isə hər bir vətəndaşın daxilində olan narahatlığı aradan qaldırmaq deməkdir.

Məsələ ilə bağlı hüquqşünas Tahir Əlirzayev Baku TV-yə açıqlama verib: 

“Tarixə diqqət yetirsək, görərik ki, müharibə aparılan ölkələrdə bir sıra xarici ölkələrin sülhməramlıları yerləşdirilib. Söhbət sülhməramlıların funksiyasından gedir”.

Politoloq Turab Rzayev isə Şuşa şəhərindən həddindən çox azərbaycanlının didərgin salındığını bildirib. 

“Şuşa rayonundan həddindən çox azərbaycanlı didərgin salınıb. Onlar həmin ərazilərə hansı şəkildə qayıdacaqlar, necə nəzarət olunacaq, birgə yaşayış necə olacaq, bunlarla bağlı hələlik nizamnamədə açıq şəkildə heç nə yoxdur. Ona görə həmin bölgədə yaradılacaq monitorinq qrupu vasitəsilə əhalinin birgəyaşayışı təmin ediləcək. Bu maddələrin geniş şəkildə üzərində işlənəcək”.

Yüksək dağlıq şəraitdə həyata keçirilən Şuşa əməliyyatı Azərbaycanın hərb tarixinin ən parlaq səhifəsidir. Nəticə olaraq, Azərbaycan xalqının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu.

Prezident İlham Əliyev nəyi, necə və nə zaman etməyi yaxşı bildiyini bir daha nümayiş etdirdi.

Bu şanlı qələbəmiz Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının məntiqi yekunudur.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678