Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ukrayna hərbçiləri Lisiçansk şəhərindən ÇIXDI

107 Baxış
Ukrayna hərbçiləri Luqansk vilayətinin ən böyük şəhərlərindən biri olan Lisiçanskini tərk ediblər. Ukrayna Silahlı Qüvvələri şəxsi heyətin həyatını xilas etmək üçün mövqelərindən geri çəkilib.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı rəsmi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Rusiya Silahlı Qüvvələrinin artilleriya, aviasiya, reaktiv yaylım atəşi sistemləri, döyüş sursatları və şəxsi heyətlə bağlı çoxsaylı üstünlüyü kontekstində şəhərin müdafiəsinin davam etdirilməsi ölümcül nəticələrə gətirib çıxaracaqdı. 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678