Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda nə qədər sərnişin taksidən istifadə edir? – FOTO

124 Baxış

Azərbaycanda fevral ayı ərzində sərnişin daşımaları yanvar ayına nisbətən 36,3 faiz artsa da, 2020-ci ilin fevral ayı ilə müqayisədə 42,2 faiz azalıb.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 2021-ci ilin yanvar-fevral aylarında sərnişin daşımaları 2020-ci ilin müvafiq dövrünə nəzərən isə 47,7 faiz azalıb.

Yanvar-fevral aylarında nəqliyyatçılar 162,3 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 99,8 faizi avtomobil nəqliyyatı, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

İki ay ərzində dəmir yolu nəqliyyatı ilə 300,5 min sərnişin daşınıb, 2020-ci ilin eyni dövrü ilə müqayisədə sərnişin daşınmasında isə 64,1 faiz azalma müşahidə olunub.

Avtomobil nəqliyyatı ilə 161,9 milyon sərnişin daşınıb ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 40,1 faiz azalma qeydə alınıb. Sərnişinlərin 92,8 faizi avtobus, 7,2 faizi isə taksi xidmətindən istifadə edib. Əlavə edək ki, taksilərdən istifadə edən sərnişinlərin sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,5 faiz artıb.

Hava nəqliyyatı ilə 59,3 min və ya 82,6 faiz az sərnişin daşınıb və daşımaların 98,8 faizi dövlət, 1,2 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Qeyd edək ki, koronavirus pandemiyasına qarşı tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar iqtisadiyyatın bir sıra sahələrində fəaliyyətin, ictimai nəqliyyatın, o cümlədən Bakı Metropoliteninin işinin məhdudlaşdırılması sərnişin daşımalarının azalmasına gətirib çıxarıb.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678