Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Quş qripinə görə daha üç ölkəyə qadağa qoyuldu

124 Baxış

Almaniyanın Berlin şəhərindən, Çexiyanın Kraloveqradetsk, Moraviya-Sileziya, Ustetsk, Zlin, İsveçin Vestmanland, Sordermanland, Halland inzibati ərazi vahidlərindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Bu barədə Oxu.Az-a Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, məhdudiyyətə səbəb adı çəkilən inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyinin qeydə alınması olub.

Qeyd edilib ki, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Almaniya Federativ Respublikasından, Çexiya Respublikasından və İsveç Krallığından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678