Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Ukraynanı neonasist əhval-ruhiyyədən təmizləmək lazımdır” – Peskovdan KRİTİK AÇIQLAMA

120 Baxış

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynanı neonasist əhval-ruhiyyədən təmizləməyin vacibliyini bəyan edib.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, o, “Donetsk”in rəhbəri Denis Puşilinin bəyanatlarını şərh edərkən belə deyib:

“Kreml Ukraynanı bu cür neonasist əhval-ruhiyyənin təzahürlərindən azad etməyin zəruriliyini anlayır. Bu lazımdır”, – Peskov bildirib.

O, həmçinin əlavə edib ki, xüsusi hərbi əməliyyat çərçivəsində “DXR” və “LNR”də insanların müdafiəsi üçün tədbirlər görülür.

Qeyd edək ki, daha öncə DXR rəhbəri Denis Puşilin “Rusiya şəhərlərini yenidən azad etməyin vaxtı çatıb” ifadəsini işlətmiş və Kiyev, Çerniqov, Poltava, Odessa, Dnepropetrovsk, Xarkov, Zaporojye, Lutskın adını çəkmişdi.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678