Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ukrayna Odessa ilə bağlı müraciət edəcək

84 Baxış

Ukrayna Odessanın sürətləndirilmiş prosedur üzrə UNESCO-nun mədəni irs siyahısına daxil edilməsi üçün müraciət edəcək.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın mədəniyyət naziri Aleksandr Tkaçenko bildirib.

“Biz Odessanın sürətləndirilmiş prosedur üzrə UNESCO-nun əsas Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün dosye hazırlamışıq və onu təşkilata təqdim edirik”, – o, teleqram kanalında yazıb.

Nazirin sözlərinə görə, Odessanın UNESCO-nun dünya mədəni irsinin əsas siyahısına daxil edilməsi onun qorunub saxlanılmasına ciddi beynəlxalq diqqətin göstərilməsinə zəmanət verir. Dosye Odessa Şəhər Şurası tərəfindən Mədəniyyət Nazirliyi ilə birlikdə hazırlanıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678