Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ordumuzun mövqeləri atəşə tutuldu – RƏSMİ

109 Baxış

Noyabrın 13-ü axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Turanmedia.az xəbər verir ki, bu barədə konkret.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bundan başqa, noyabrın 14-ü saat 04:00-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atəşə tutulub.

Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678