Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Azərkosmos” dünyanın 30 ölkəsinə 30,9 milyon dollarlıq xidmət ixrac edib – FOTO

147 Baxış

“Azərkosmos” tərəfindən dünyanın 30 ölkəsinə 30,9 milyon ABŞ dolları həcmində peyk, komminikasiya və optik peyk xidmətləri ixrac edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Belə ki, ixrac bu, ötən dövrlə müqayisədə, 2 faiz çox olub. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizini təşkil edib. 2020-ci ilin sentyabr ayında isə “Azərkosmos” ASC dünyanın 11 ölkəsinə 522 min ABŞ dolları dəyərində xidmət ixrac edib. 

Yanvar-sentyabr aylarında, əsasən, “Azərkosmos” ABŞ, Böyük Britaniya, Fransa, Malaziya və Birləşmiş Ərəb Əmirliklərinə xidmət ixracı həyata keçirilib.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678