Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyənin yeni raket sistemi – MİDLAS 2023-cü ildə ordunun arsenalına daxil ediləcək

76 Baxış

Türkiyə yerli və milli istehsal olan raket buraxılış sisteminin (MİDLAS) ilk sınağını uğurla həyata keçirib.

Turanmedia.az TNS-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin sədri İsmayıl Dəmir “Twitter”də paylaşım edib.

“Döyüş gəmilərimizdən atılacaq hava hücumundan müdafiə sistemlərimizin təməl daşlarını qoyuruq. MİDLAS-ın ilk sınağında “Hisar” raketi uğurla atıldı. Yeni raket sistemi 2023-cü ildə ordumuzun arsenalına daxil ediləcək”, – İ. Dəmir bildirib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678