Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Möhtəşəm qol vurmuş azərbaycanlı futbolçu: “Rahidlə Əfran bunu mənə təklif etdilər” – VİDEO/MÜSAHİBƏ

176 Baxış

“Səbail” – “Qəbələ” qarşılaşmasında rəqib qapısına cərimə zərbəsindən vurduğu dəqiq qol ilə “Səbail”də ilk qoluna imza atan Turan Manafov klubun rəsmi saytının suallarını cavablandırıb:

– İlk qolunuzla bağlı təəssüratlarınız nələrdir?

– “Səbail”də ilk qoluma görə çox sevindim. Bu, həm də Premyer Liqada ilk qolum idi. Təbii ki, çox sevindirici haldır.

– “Səbail”də adətən cərimə zərbəsini Rahid Əmirquliyev və ya Əfran İsmayılov yerinə yetirir. Həmin matçda bu məsuliyyəti almağınız əvvəlcədən planlanmış idi?

– Xeyr, əvvəlcədən planlanmamışdı. Əfran İsmayılov vurmalı idi. Sadəcə həm uzaqdan, həm də sol tərəfə meyilli olmasına görə mənə təklif etdilər. Mən də razılaşdım. Sağolsunlar, güvənib, cərimə zərbəsini yerinə yetirməyi mənə həvalə etdilər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678