Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İranın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırıldı

133 Baxış

İranın Ankaradakı səfiri Məhəmməd Farezmend Türkiyə XİN-ə çağırılıb.

Bu barədə “Haber Global” diplomatik mənbələrə istinadən məlumat yayıb.

Səfir M.Farezmendə İran Xarici İşlər naziri Cavad Zərifin sosial şəbəkə paylaşımı, Türkiyənin Tehrandakı səfiri Dərya Örsün İran XİN-ə çağırılması, Türkiyəyə və Prezident Rəcəb Tayyib Ərdoğana qarşı əsassız iddiaların ortaya atılması və beləliklə İranda Türkiyəyə qarşı nifrət kampaniyasının başladılmasına reaksiya bildirilib.

M.Farezmendə sözügedən iddiaların bütünlükdə rədd edildiyi, İran tərəfinin Türkiyə ilə bağlı hər hansı bir mövzuda narazılığı olduğu vaxt bunu çatdıra biləcək kanallar olduğu halda, şəxsən İran XİN rəhbəri Cavad Zərifin “Twitter” hesabı vasitəsilə əsassız şəkildə Türkiyəni hədəf almasının qəbuledilməz olduğu qeyd olunub.

Bundan əlavə, sözügedən yanaşma tərzinin Türkiyə ilə İran arasındakı yaxın münasibətlərə də uyğun olmadığı və sadəcə bu münasibətləri pozmaq istəyən dairələrə xidmət edəcəyi vurğulanıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678