Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

TDT-nin Bakıya dəstəyi: İrəvan dalana dirənir

63 Baxış

Ermənistanın apardığı xarici siyasət artıq dalana dirənib. Bunu bütün istiqamətləri ilə erməni siyasətçiləri və cəmiyyəti görür. Biz dalana dirənməni eyni zamanda Rusiya və KTMT ilə münasibətlərdə də görürük.

Turanmedia.az xəbər verir ki, bu sözləri Axar.az-a Türk Dövlətləri Təşkilatının Laçın-Xankəndi yolunda ekofəalların keçirdiyi aksiya və Qarabağdakı mədənlərimizin qanunsuz şəkildə talanması ilə bağlı verdiyi bəyanat haqqında danışan Türk-İslam Araşdırmaları Mərkəzinin rəhbəri Telman Nüsrətoğlu deyib.

Alim yeni yaranan geosiyasi reallıq fonunda bütün tərəflərin Azərbaycanın haqlı olduğunu bildiyini, Ermənistanın isə mövqelərinin getdikcə zəiflədiyini vurğulayıb:

“Ermənistan cari ildə ölkədə KTMT-nin təlimlərinin keçirilməsinə icazə vermədi, Rusiya ilə münasibətlər daha da gərginləşdi. Səbəbi də odur ki, ölkə faşizm və işğalçılıq duyğuları ilə o qədər zəhərlənib ki, cəmiyyət və siyasətçilər düşdükləri acınacaqlı vəziyyət, əllərindəki imkan və beynəlxalq maraqları düzgün qiymətləndirə bilmirlər. Dövlətlərin öz maraqları var. KTMT-nin əsas üzvü olan Rusiya da Azərbaycanın Cənubi Qafqazda və dünyada, qlobal siyasətdə və enerji bazarlarında artan rolunu, Ermənistandan daha önəmli ölkə olduğunu çox yaxşı dərk edir. Azərbaycan eyni zamanda türk dünyasının önəmli bir üzvüdür. Türkiyə ilə Azərbaycan birlikdə artıq dünyada qlobal geosiyasətə təsir göstərəcək bir gücdədir, biz gücləndikcə Türk Dövlətləri Təşkilatının da təsir gücü və əhəmiyyəti artır. Bölgədə erməni məsələsinin əsas hamisi sayılan Rusiya da belə bir geosiyasi vəziyyətdə Ermənistanın sərsəm və xəyalpərəst iddialarına görə Türkiyə ilə Azərbaycanı, TDT-ni qarşısına ala bilməyəcəyini dərk edir. Digər tərəfdən gedən proses onu göstərdi ki, Avropa dövlətləri də Türkiyə kimi çox güclü bir strateji müttəfiqi qarşılarına alıb Ermənistanı dəstəkləməyəcəklər. Eyni zamanda Azərbaycanın Avropanın enerji bazarında da getdikcə rolu artır. Ermənistan isə zəifləyir. TDT üzvü olan qardaş ölkələrimiz də ən başdan Azərbaycanın bu məsələdə haqlı olduğunu, beynəlxalq hüquqa uyğun şəkildə öz ərazi bütövlüyünü bərpa etdiyini bilirlər. Ona görə təşkilatdan belə bir bəyanatın verilməsi gözlənilən idi. Bu, qısa şəkildə desək, Ermənistan siyasətinin iflasıdır. Hər yerdən əlləri üzülür, ona görə də Azərbaycanın haqlı tələblərini qəbul edib sülh müqaviləsi imzalamağa məcburdurlar”.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı dünən Azərbaycanın Qarabağ iqtisadi rayonunda təbii sərvətlərin qanunsuz şəkildə talanması ilə bağlı bəyanat yayıb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678