Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Əliyev: Üçtərəfli formatın bəhrəsini görürük

81 Baxış

Bizim üçtərəfli əməkdaşlığımızın bir neçə formatı var – xarici işlər nazirləri, müdafiə nazirləri və iqtisadiyyat nazirləri arasında. Liderlərin də zirvə görüşləri baş tutub. Biz artıq bunun bəhrəsini görürük.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında deyib.

“Biz aydın görməyə başlamışıq ki, burada balansa ehtiyac var, – biz, əlbəttə, enerji layihələrindən başladıq, – istehsalçı, tranzit ölkəsi və istehlakçı arasında balans. Biz hamı üçün uduşlu vəziyyət yaratmağa müvəffəq olduq və maraqların balansı təmin edildi”, – dövlət başçısı bildirib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678