Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Tehrandakı səfirliyimiz bu şərtlə fəaliyyətini bərpa edə bilər – AÇIQLAMA

57 Baxış

“Azərbaycan İranla diplomatik əlaqələri minimuma endirib. Orada bizim maraqlarımızı yəqin ki, Azərbaycana yaxın olan dövlətlər müdafiə edəcəklər”.

Turanmedia.az xəbər verir ki, bu fikirləri KONKRET.az-a aşıqlamasında politoloq Qabil Hüseynli səsləndirib. O, səfirliyin fəaliyyətinin dayandırılmasının adi bir addım olmadığını deyib: “Azərbaycan özünün diplomatik heyətini geri çağırmaqla və hətta səlahiyyətli səfiri də saxlamamaqla bir etiraz nümunəsi sərgiləyir. Bu, həm hadisənin baş verməsinə, həm də İranın siyasi dairələrinin yaşanan faciəyə görə Azərbaycan xalqından və dövlətindən üzr istəməməsinə görə sərgilənən bir etirazdır. Ona görə də rəsmi Bakı səfirlikdəki missiyasını geri çağırıb.

Səfirliyin açılması ilə bağlı hansısa məlumat verilmir. Bu, o deməkdir ki, məsələ qeyri-müəyyən müddətə qədər təxirə salınıb. Üstəlik, bəzi ölkələr də artıq səfirliklərini Tehrandan çıxarmaqla İran hökumətinə etiraz edirlər”.

Heydər Əliyev mənə vəzifə verdi, mən isə azdım” – Qabil Hüseynli – Azinforum.az İnformasiya Portalı

Politoloq əlavə edib ki, diplomatik əlaqələr kəsilməsə də, diplomatik missiyamız fəaliyyətdə deyil: “Yalnız Təbrizdəki Konsulluğumuz işləyir, orada da cəmi bir nəfər saxlanılıb. Azərbaycan İranla diplomatik əlaqələri minimuma endirib. Orada bizim maraqlarımızı yəqin ki, Azərbaycana yaxın olan dövlətlər (Türkiyə və sair) müdafiə edəcəklər. Səfirliyimizin fəaliyyətinin bərpası isə gələcək proseslərdən asılı olacaq. Əgər İran özünü ağıllı aparıb münasibətləri qorumağa çalışsa və terrorçunun istintaqını şəffaf şəkildə davam etdirsə, o zaman səfirliyin işi bərpa oluna bilər. Amma düşünürəm ki, fars-molla rejimi bu məsələni səhv istiqamətə yönəldir. İranın başı üzərindəki buludlar isə getdikcə qatılaşır. Ona görə də səfirliyimizin fəaliyyətə başlaması qeyri-müəyyəndir”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678