Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“İranın daxili parçalanmasına səbəb Ermənistanı dəstəkləməsidir” – Şevçenko

64 Baxış

“İranın daxili parçalanmasının səbəbi Ermənistana dəstək verməsidir”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bunu Elmar Hüseynovun “Qaynama nöqtəsi” adlı xüsusi layihəsində iştirak edən rusiyalı jurnalist, siyasətçi Maksim Şevçenko deyib. Verilişin efirində əsas mövzu İrandakı daxili siyasi böhran və onun region üçün fəsadları olub.

“Mən müəllimim Heydər Camalın mövqeyinə sadiqəm.

O, ölümündən əvvəl açıq şəkildə İranın Azərbaycanla münaqişədə ermənilərə verdiyi dəstəyin Tehran üçün çox pis sonlanacağını bildirib.

Camal demişdi ki, İran azərbaycanlılara xəyanət edir, Qarabağ məsələsində ermənilərin tərəfini tutur. Və bu xəyanət İrana daxili çat və qarşıdurma bahasına başa gələ bilər. Hətta iş o yerə çatar ki, vətəndaş müharibəsi ola bilər, bu da onun sonunu gətirər”, – deyə Şevçenko bildirib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678