Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Prezident səfirliyimizdəki terror aktının qarşısını alanları təltif edib

53 Baxış

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Turanmediamaz tns-ə istinadən xəbər verir ki, Sərəncama əsasən, 2023-cü il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınması zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

1-ci dərəcəli “Rəşadət” ordeni ilə

Tağıyev Vasif Natiq oğlu

 

“Vətən uğrunda” medalı ilə

Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra)

İmanov Mahir Kamil oğlu.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678