Prezident İlham Əliyev Azərbaycanın hədəfini açıqlayıb

7 Baxış

“Son iyirmi il əsasən enerji sektoru sayəsində sürətli iqtisadi artım illəri olmuşdur. İndi isə hədəf iqtisadiyyatımızın daha çox şaxələndirilməsi üzərində işləməkdir”.

Turanmedia.az tns-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə deyib.

“Çünki ÜDM-in tərkibinə gəldikdə, ÜDM-in əksər hissəsi qeyri-enerji sektorunun payına düşür. Lakin biz hələ də əsasən neft və qazı ixrac edirik”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.