Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Brüsselin Bakı-İravan münasibətlərindəki prosesdə iştirakı üçüncü tərəfə qarşı yönəlməyib – Klaar

48 Baxış

Zəngəzur dəhlizi ilə bağlı ümumi anlaşma mövcuddur.

Brüsseldə Ermənistan və Azərbaycan liderləri Azərbaycanla Naxçıvan arasında Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizi, eləcə də onun necə tikintisini kifayət qədər ətraflı müzakirə ediblər.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bunu “Cənubi Qafqazın təhlükəsizliyi: Aİ-nin rolu nədir?” mövzusunda keçirilən beynəlxalq vebinar toplantıda Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bildirib.

“Biz bu məsələdə müəyyən ümumi anlaşma əldə etmişik. Bunun necə həyata keçiriləcəyi isə Ermənistan, Azərbaycan və Rusiyanın baş nazir müavinləri səviyyəsindən ibarət işçi qrupuna həvalə edilib. Tərəflərin mövqeləri arasında elə də böyük fərq yoxdur. Bu istiqamətdə işlər bir az da intensivləşsə, tərəflər arasında nəqliyyat əlaqəsini necə təmin edəcəyi ilə bağlı fikirayrılığını azaltmaq olar. Regiondakı müsbət inkişaf Aİ-nin maraqlarına uyğundur. Bu prosesdə iştirakımız heç bir üçüncü tərəfə qarşı yönəlməyib. Cənubi Qafqaz qonşu regiondur və biz burada sülh və sabitlik arzulayırıq”- avropalı diplomat qeyd edib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678