Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

XİN: “Günahkarlar layiqincə cəzalandırılmalıdır!”

48 Baxış

“Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın dövlət bayrağının yandırılmasını pisləyirik”.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı erməni vandalizmi barədə deyib.

“Təşkilatçıların bu cür nifrət aksiyalarına qarşı heç bir təhlükəsizlik tədbiri görməməsi narahatedicidir. Günahkarlar layiqincə cəzalandırılmalıdır!”- XİN sözçüsü bildirib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678