Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Görün, bu xalq nə gündədir…

50 Baxış

Dünyanın “ən qədim” və “ən mədəni” xalqı iki gündür şou göstərir.

Dünən Naxçıvan istiqamətində itkin düşmüş, bir həftədir ac-susuz gəzən, silahsız əsgərimizi yerə yıxıb döydülər, hətta bunu əxlaqsızcasına çəkib yaydılar və özlərini bir daha dünyaya göstərdilər.

Bu gün isə dünya növbəti erməni əxlaqsızlığının şahidi oldu. Ağırlıqqaldırma üzrə Avropa çempionatının bu gün İrəvanda keçirilən açılış mərasimində Azərbaycan bayrağı səhnəyə gətirilərkən yerdən bir erməni qaçaraq, Bayrağımızı qapdı və ona od vurdu. Sonuncu dəfə hansısa beynəlxalq tədbirdə belə bir hadisənin nə vaxt baş verdiyini xatırlamıram.

Ümumiyyətlə, dünya səviyyəsində beynəlxalq idman yarışının açılış mərasimində bu cür hadisə baş veribmi? Dünyada bir-birinə düşmən olan xeyli ölkə, toplum mövcuddur. Mitinqlərdə, etiraz aksiyalarında düşmən hesab olunan ölkələrin bayraqları yandırılır. Bu, artıq adi hal alıb. Belə deyək, dünya bu aksiyalara öyrəşib. Bayrağı yandırılan bir ölkənin vətəndaşları buna elə də ciddi yanaşmırlar. Bir ildən çoxdur Rusiya Ukraynaya qarşı irimiqyaslı təcavüzkar müharibə aparır. Minlərlə qadın, uşaq, qoca öldürülüb. Bir zamanlar iç-içə yaşayan, bir-birinə qardaş olan Ukrayna və Rusiya toplumu indi qatı düşmənlərə çevriliblər. Beynəlxalq oyunlarda üz-üzə gəlməsinlər deyə, Ukrayna Futbol Federasiyası Avro-2024-ün seçmə mərhələsindən çəkilə biləcəyini söyləyib. Amma inanmıram ki, bir ukraynalı hansısa beynəlxalq tədbirdə Rusiya bayrağını qapıb, yandırsın. Çünki belə çirkin addım kimsənin ağlına gəlməz.

Erməninin isə olmayan, yarımçıq beyninə gəldi. Beynəlxalq tədbirdə, idman yarışının açılışında dünya idman ictimaiyyətinin gözü qarşısında bayrağı qapıb, yandırmağın adı beyinsizlik, əxlaqsızlıqdır. Bir toplum nə qədər yarımçıq, inkişafdan geri qalan xəstə olmalıdır ki, belə üsula əl atsın. Görünür, özlərini dünyanın ən qədim, ən mədəni xalqı adlandıran bir toplum şouları hələ bitməyəcək. Sözün bitdiyi yerdir.

P.S. Bayrağı yandıran şəxsin Ermənistan İTV-nin stilisti, açılış mərasiminin təşkilatçılarından olan Aram Nikolyan olduğu üzə çıxıb. Bu, hələ ABŞ-da təhsil alanı, tanınmışı, savadlısı, öndəgedəni, dünyagörüşü olanıdır.

Görün bu xalq nə gündədir…


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678