Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nikol bilirdi ki, Bakı bunu edəcək– Geqamyan

49 Baxış

Azərbaycan Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaratdığını rəsmən bəyan edib. Deməli, buna görə Paşinyan üç gün dalbadal Azərbaycanın ərazi bütövlüyünü tanıdığını elan etdi.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri erməni türkoloq Varujan Geqamyan deyib.

“Baş nazir üç gün dalbadal Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdi. Şübhə etmirəm ki, bütün əvvəlki hallarda olduğu kimi, bu dəfə də o, nəinki azərbaycanlıların gördüyü işlərdən xəbərdar olub, həm də tam razılığını verib. Ermənistanın de-fakto türkyönlü hökuməti heç nə etməyəcək. Türkləri (Paşinyanın komandasını nəzərdə tutur – red.) hakimiyyətdən uzaqlaşdırsaq, bu dağıntının qarşısını ala bilərik”, – o bildirib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678