Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rəsmi Bakıdan bayraq təxribatına REAKSİYA

72 Baxış

İrəvandakı Azadlıq Meydanında məşəl yürüşü zamanı Azərbaycan və Türkiyə bayraqlarının əvvəlcədən planlaşdırılmış və təşkil olunmuş şəkildə yandırılmasını qətiyyətlə pisləyirik.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “Twitter” hesabında yazıb.

“Ermənistan hökuməti və Baş nazir Nikol Paşinyan bu kimi nifrət cinayətlərinin və ksenofobik hərəkətlərin qarşısının alınması üçün təcili tədbirlər görməlidir”, – A.Hacızadə bildirib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678