Ərdoğandan mühüm açıqlama: “Altay tankı Türkiyə ordusuna təhvil verildi”
10 Baxış

“İlk milli Altay tankları sınaq üçün Türkiyə silahlı qüvvələrinə təhvil verilib”.
Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan “Twitter” səhifəsində yazıb.
“Biz qəhrəman ordumuza Türkiyənin müasir əsas döyüş tankına çevriləcək yeni nəsil Altay tankını təhvil veririk”, – Türkiyə Prezidenti qeyd edib.