Abramyan: “Azərbaycan hərbçiləri Xankəndiyə gedən yolda…”
10 Baxış

Azərbaycanlı ekoloqların Laçın yolunun Şuşadan keçən hissəsində keçirilən aksiyası dayandırılıb. Amma Azərbaycan hərbçiləri həmin yerdə xidmət edir.
Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.
Onun sözlərinə görə, ekoloqların yerində Azərbaycan hərbçiləri dayanıb:
“Faktiki olaraq, Azərbaycan hazırda Laçın yolunun iki hissəsində: Həkəri çayı körpüsündə – yolun başlanğıcında və Şuşaya bitişik ərazidə (Xankəndinə gedən yolda) keçid postları qurub”.
Abramyan Rusiya sülhməramlılarının Ermənistan ərazisindən Qarabağa daşıdıqları yüklərə Azərbaycan sərhədçiləri tərəfindən ciddi nəzarətin həyata keçirildiyini söyləyib.(teleqraf.com)