Prezident: “İrandan daha çox gözləntilərimiz var idi”

12 Baxış

“İşğal vaxtı Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinə gəldikdə, İrandan daha çox gözləntilərimiz var idi”.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda çıxışında bildirib.

Dövlətimizin başçısı deyib ki, İran Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib, BMT-də və İslam Əməkdaşlığı Təşkilatı daxilində ölkəmizin ərazi bütövlüyünün lehinə səs verib.