Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sinan Oğanın maliyyə dəstəyi ilə təhsil alan azərbaycanlı nazirlər kimdir?

68 Baxış

Türkiyədə prezidentliyə namizəd Sinan Oğan yerli mediaya müsahibəsində Azərbaycanla əlaqələrindən danışıb.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, Sinan Oğan Azərbaycanda fəaliyyət göstərdiyi dövrdə bəzi tələbələrə dəstək olduğunu bildirib.

“TİKA təmsilçisi olduğum üçün yaxşı əməkhaqqı alırdım. Universitetdən aldığım maaşla isə tələbələrə maliyyə dəstəyi göstərirdim. Mənim oxutduğum gənclər sonra Azərbaycanda yüksək mövqe tutdular. Tələbələrimdən ikisi hazırda Azərbaycanda nazirdir”, – Sinan Oğan qeyd edib.

Prezidentliyə nazmizədin tələbələrindən biri gənclər və idman naziri Fərid Qayıbov olub. Sinan Oğan özəlləşdirməyə məsul nazirin də onun tələbəsi olduğunu deyib. Azərbaycanda belə bir nazir vəzifəsi olmadığından onun kimi nəzərdə tutduğu bilinmir.

Daha ətraflı videoda:


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678