Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Erməni diplomatdan sensasiya: Hər şey həll olunub, bunları deməyə qorxuram, amma…

65 Baxış

Ermənistan 10 noyabr 2020-ci ildə üçtərəfli birgə bəyanatı imzalamaqla müharibədə məğlub olub, qalır onun siyasi texnologiyalar vasitəsi ilə həlli yollarının reallaşdırılması.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bunu erməni diplomat Armen Martirosyan “hraparak”a müsahibəsində deyib.

“Bütün prinsipial qərarlar qəbul olunub. Qalır siyasi texnologiyalar vasitəsi ilə həll yollarını Ermənistan və Azərbaycan cəmiyyətinə hansı formada, hansı saatda, hansı anda təqdim edilməsi”, – erməni diplomat qeyd edib.

Ermənistanın 10 noyabr 2020-ci ildə imzladığı bəyanatla və ondan sonrakı proseslərdə məğlub olduğunu qeyd edən diplomat əlavə edib ki, daha çox Ukrayna ətrafında baş verən hadisələrin Ermənistanın gələcəyi ilə bağlı hansı nəticələr verəcəyi böyük əhəmiyyət kəsb edir.

“Nə proqnozlaşdırdığımı demək istəmirəm, amma qeyd etməliyəm ki, bu, bir çox amillərdən asılıdır. Bir çox şeyləri deyib populizm və diletantlıq etmək istəmirəm. Güman edirəm ki, üçtərəfli bəyanatla yanaşı, bütün tərəflərdən şifahi vədlər, öhdəliklər, dilə gətirilən istəklər də olub”, – o vurğulayıb.

Jurnalistin “Hər şey həll olunubsa, bizim hakimiyyətin geosiyasi mərkəzlərə: Qərbə, Moskvaya, ABŞ-yə və s. “səyahətləri” nə deməkdir” sualına cavab olaraq diplomat bildirib ki, bu, məhz siyasi texnologiyanın bir hissəsidir: “Həmin mərkəzlərin hamısı ilə işləmək lazımdır. Əldə edilmiş nəticələrin həyata keçirilməsi üçün haradansa pul gözlənilir, risklər azaldılmalıdır. Müxtəlif mərkəzlərdə, müxtəlif problemlər həll edilir. Təbii ki, biz bu gün Rusiyadan pul gözləmirik, lakin Brüssel və Vaşinqton müəyyən addımlar müqabilində Ermənistana pul ayırmağa hazır olacaqlar”.

Jurnalistin “Yəni bu, həyata keçirilən “Sülh müqaviləsi” adlanan sənəddir, yoxsa başqa sənəd olacaq, hansı formada” sualına cavab olaraq Martirosyan deyib ki, indiki mərhələdə Azərbaycanla Ermənistan arasında münasibətlərin mümkün nizamlanması prosesi gedəcək:

“Müəyyən fikirlərim var, amma onlar haqqında ətraflı danışmaq istəmirəm. Təbii ki, sərhəd məsələsi, kommunikasiyalar problemi, Qarabağa necə gediş-gəliş məsələsi olacaq. Simmetriya rejimi işləyəcək, biz keçid məntəqəsinin tərəfdarıyıq, ona görə də Laçında keçid məntəqəsi qoyublar, Laçında hansı rejim olacaqsa, Azərbaycanı Naxçıvanla birləşdirən kommunikasiyalarda da elə tətbiq olunacaq”.

“Demək istəyirsiniz ki, tezliklə Zəngəzurda (Sünik) belə bir keçid məntəqəsi quracağıq, yəni dəhliz verəcəyik” sualına isə diplomat belə cavab verib:

“Bilmirəm, buna dəhliz, yoxsa başqa ad veriləcək, amma Zəngəzurda, hər halda, keçid məntəqəsi olacaq. Naxçıvanla Azərbaycan arasında quru əlaqəsindən söhbət gedirsə, təbiidir ki, orada da olacaq. Ermənistandan da Qarabağa gedəndə olduğu kimi keçid məntəqəsi olacaq. Proseslər ona gətirib çıxarır ki, Qarabağ açıq şəkildə elan edilən Azərbaycanın tərkibində qalacaq, kommunikasiyalar beynəlxalq təcrübədə olduğu kimi olacaq, məsələn, biz Gürcüstana gedəndə keçid məntəqəsindən keçirik, pasport təqdim edirik, eyni olacaq. Qarabağa gedəndə təbii ki, əgər ermənilər orada qalsa, eynisi olacaq. İstisna etməyəcəyəm ki, Azərbaycan Qarabağda olan soydaşlarımızdan yalnız Azərbaycan milli pasportlarından istifadə etməyi tələb etsin. Bax bununla da mən qorxulu fikirlərimi dilə gətirdim”.

“Ayrı-ayrı mərkəzlərdən Azərbaycanın sərhəddən keçid məntəqəsini yığışdırması ilə bağlı çağırışları sadəcə texnologiyalardırmı” sualına gəldikdə diplomat deyib: “Bir problem var: resurslar uğrunda mübarizə olacaq. Əgər inansaq ki, Vaşinqtonda ortaq məxrəcə gəlməyiblər və bu tendensiya bir neçə gündən sonra Brüsseldə özünü göstərəcək, o zaman diplomatik rıçaqlar azalacaq və deməli, güc işləyəcək. Bizdə isə lazımi qüvvə olmadığından, siz gücə arxalana bilməyəcəyiniz üçün yeganə ümid güc təhdidinə boyun əymək qalır. Bunlar beynəlxalq münasibətlərin əsas qaydalarıdır. Qarşı tərəflər üçün uzlaşmayan məqsədlər və keçilməz maneələr yarandıqda, danışıqlar yolu ilə həll edilə bilməyəndə kompromislər güc tətbiq etməklə məsələni həll edir.

İndiki coğrafi şəraitdə bu, həm Azərbaycanı, həm də vasitəçiləri qane edə bilər”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678