Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türk Ağsaqqalları Birliyindən Türkiyə QHT-lərinə VACİB MÜRACİƏT

65 Baxış

Türk Ağsaqqalları Birliyi – TAİB Türkiyənin ictimai təşkilatlarına müraciət ünvanlayıb.

Turanmedia.az Musavat.com-a istinadən daxil olan müraciəti təqdim edir:

“Sayğıdəyər dostlar, əziz həmkarlar!

May ayının 14-də Türkiyədə nəticəsi bütün Türk dünyası üçün əhəmiyyətli olacaq prezident və parlament seçkisi keçiriləcək. Seçki kampaniyasının gedişatını Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçiləri də böyük maraqla izləyirlər. Şübhə etmirik ki, eyni maraq və həyəcan bu gün bütün Türk dünyasında müşahidə olunur. Çünki Türkiyənin türk-islam dünyasındakı yeri xüsusidir və bu coğrafiyaya aid ölkələr arasında əlaqələrin dərinləşməsində, dövlətlər birliyinin formalaşması və möhkəmlənməsində, qlobal müstəvidə mövqelərinin möhkəmlənməsində GÜCLÜ TÜRKİYƏ amilinin həlledici rolu var. Türkiyənin növbəti mərhələdə potensialının səviyyəsini isə şübhəsiz ki, qarşıdakı seçimlər müəyyən edəcək.

Türkiyənin son 20 ildə keçdiyi inkişaf yolu hər birimizin gözü önündədir. Qardaş ölkənin həm hərbi qüdrəti, həm də texnologiya və elmi sahədə əldə etdiyi yüksək potensial, onun dünya miqyasında söz sahibinə, bölgəmizdə sülhün, sabitliyin, təhlükəsizliyin qarantına çevrilməsini də şərtləndirib. Qeyd olunan istiqamətlərdə əldə olunan böyük uğurlar, heç şübhəsiz ki, Türkiyənin siyasət, diplomatiya meydanındakı təsir imkanlarını da artıtırır. Türkiyənin bugünkü inkişaf göstəriciləri təkcə Azərbaycan xalqını deyil, bütün Türk dünyasını sevindirir. Qardaş ölkənin əldə etdiyi böyük uğurların müəllifi isə, Hörmətli Rəcəb Tayyib Ərdoğandır. Azərbaycan prezidenti, cənab İlham Əliyevin dediyi kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həyata keçirdiyi qətiyyətli və milli maraqlara söykənən siyasəti ilə Türk dünyasının öndərlərindən birinə çevrilib.

Bu gün Türkiyə dünyada dövlətlərarası münasibətlər sistemində özünün əlahiddə mövqeyi və nüfuzu ilə seçilir. Rəcəb Tayyib Ərdoğan qlobal maraqlar, imperialist iddialar qarşısında Türkiyənin milli maraqlarını qətiyyət və prinsipiallıqla müdafiə edir.

Əziz, bacı və qardaşlarımız!

Türkiyənin uğurlarının artmasında, inkişafının daha da sürətlənməsində , bir sözlə qardaş olaraq qardaşımızın xoş və təminatlı həyatında maraqlı olduğumuzdan sizin hər birinizi seçkidə türk dünyasının parlaq liderlərindən olan Rəcəb Tayyib Ərdoğana və AKP kimi milli maraqlara söykənən güclü partiyaya səs verməyə çağırırıq.

Sonda isə Rəcəb Tayyib Ərdoğanın öz fikirlərinə xitabən inamımızı bir daha ifadə etmək istəyirik. Türkiyə çevrilişlərə və qlobal imperialistlərin oyunlarına qarşı “Türk əsri” ilə cavab verəcək.

Allah yar və yardımçınız olsun!”


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678