Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Aygün Muradxanlı Fateh Portağala sərt cavab verdi: “Vicdansız və əxlaqsız yanaşmadır”

36 Baxış

Türkiyə hakimiyyətinin qatı tənqidçisi, xaricdən aldığı təlimatla AKP iqtidarına və milli qüvvələrə qarşı ən ağır sözlərdən istifadə edən jurnalist Fateh Portağalın növbəti açıqlaması sosial şəbəkələrdə müzakirəyə səbəb olub.

Turanmedia.az xəbər verir ki, Portağalın Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə tanınmış jurnalist, Prime TV-nin rəhbəri Aygün Muradxanlı sərt cavab verib.

“Fateh Portağal yenə sarsaqlayıb. Deyib ki, Türkiyənin dostu yoxdur, Azərbaycan belə dost deyil, olmayıb. Nə qədər vicdansız və əxlaqsız yanaşmadır. Bu sözlər bizim əcdadımıza haqsızlıqdır, hörmətsizlikdir!

Azərbaycan ilk cümhuriyyəti quranda, Anadolu Sarıqamışda, Çanaqqalada, Qurtuluş Savaşında mücadilə aparanda düşmənə bir yerdə sipər olan əcdadlarımız deyildimi? Ortaq zəfər qazandığımız Qarabağ savaşından 3 il belə keçməyib… Dost, qardaş, necə olur? Azərbaycanda hansı qapını açırsan, Azərbaycan, Türkiyə bayraqları bərabər çıxır insanın qarşısına. Tək Azərbaycan deyil ki Türkiyənin dostu? Adı haram olmuş Fateh bir gözünü açıb orta Asiyaya baxsın. 6 fevral zəlzələsində evinin əziz əşyası, cibinin pulu ilə Türkiyəyə bacardığı dəstəyi verən, Türkiyəni ümid yeri bilən türk cümhuriyyətlərini niyə görmür? 300 milyon türk Türkiyənin dostu, dayağı, gücüdür”, – Aygün Muradxanlı bildirib.

Jurnalist deyib ki, CHP içərisində xeyli erməni var.

“Azərbaycana qıcıqlarına heç təəccüb etmirəm. Qanları pozuqdur… O səbəbdən türklərin arasına hüsumət salmaq, inamsızlıq, inciklik yaratmaq üçün əllərindən gələni edirlər. Türkiyə Azərbaycana “Can Azərbaycan” deyir. 30 Portağal bir yerdə nəfəs tükətsə, xeyri yoxdur. Pislik özlərinə qalacaq”, – Aygün Muradxanlı əlavə edib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678