Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hər iki lider Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünə hörmətini təsdiqləyib

61 Baxış

Liderlər sərhəd məsələləri ilə bağlı ikitərəfli görüşlərin davam etdirilməsinə razılaşıblar.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşündən sonra mətbuata açıqlamasında bildirib.

Mişel qeyd edib ki, hər iki lider 1991-ci il Almatı Bəyannaməsinə birmənalı sadiqliyini, Ermənistanın 29,8 min kvadrat kilometr ərazisinə və Azərbaycanın 86,6 min kvadrat kilometrlik ərazi bütövlüyünə hörmətini təsdiqləyib.

“Sərhədlərin yekun delimitasiyası danışıqlar yolu ilə müəyyən ediləcək”, – Mişel əlavə edib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678