Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək – RƏSMİ AÇIQLAMA

50 Baxış

Türkiyədə mayın 28-də prezident seçkilərinin ikinci turu keçiriləcək.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Mərkəzi Seçki Komissiyasının (YSK) sədri Ahmet Yener mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, Türkiyədə prezident seçkiləri çərçivəsində ölkə daxili verilən səslərin 100%-i sayılıb.

Nəticələrə əsasən, prezident seçkilərində “Cümhur” İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğan 49,51%, “Millət” İttifaqının namizədi Kamal Kılıçdaroğlu 44,88%, “ATA” İttifaqının namizədi Sinan Oğan 5,17% səs toplayıblar. Seçkilərdə namizədliyini geri götürən “Məmləkət” partiyasının sədri Məhərrəm İncəyə isə seçicilərin 0,44%-i səs verib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678