Ərdoğanla Baxçalı görüşəcək

7 Baxış

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla MHP sədri Dövlət Baxçalı arasında bu gün görüş keçiriləcək.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Türkiyə vaxtı ilə saat 16:00-da (Bakı vaxtı ilə saat 17:00) başlanacaq görüşdə seçki məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, 14 mayda keçirilən prezident seçkilərində qalib müəyyənləşmədiyi üçün 28 mayda seçkilərin ikinci turu keçiriləcək.