Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ərdoğandan başqa heç kimdə bu qabiliyyət yoxdur – Almaniya dövlət televiziyası

45 Baxış

Türkiyədə prezident seçkilərinin ikinci turundan əvvəl Almaniyanın dövlət televiziyası ZDF-də Rəcəb Tayyib Ərdoğanın xarici siyasəti və addımlarına həsr olunan veriliş yayımlanıb.

Turanmedia.az-ın məlumatına görə, Ölkə.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ZDF-in aparıcısı Markus Lanz proqramında prezident Ərdoğanın Suriya, İraq, Liviya, Azərbaycan, Ukrayna və digər bölgələrdə təsirinə diqqət çəkib:

“Bir yerdə güc nöqtəsi yarananda Ərdoğandan başqa heç kimin bunu hiss etmək qabiliyyəti yoxdur. Əgər harasa girmək imkanı varsa, o da (Ərdoğan) oradadır. Bu gün Suriyada, İraqda, Liviyada, Azərbaycanda, Ukraynada vəziyyət belədir. Həmçinin hər yerdə Türk PUA-ları uçur. Yəni Ərdoğan hər yerdədir”.

Xristian Demokratik Birlik Partiyasının (CDU) deputatı və Almaniya Bundestaqının Xarici Siyasət Komitəsinin sədri Norbert Röttgen də Lanzın sözlərini təsdiqləyib:

“Bu, həqiqətən belədir. Sonrakı müharibədə Türkiyə tərəfindən dəstəklənən Azərbaycan, Rusiyanın dəstəklədiyi Ermənistan… Türkiyə hərbi PUA-ları həlledici idi…”

Televiziyada R.T.Ərdoğanın xarici siyasəti, eləcə də Ukraynadakı müharibə fonunda “Taxıl sazişi”ndəki rolu, Türkiyənin güclü orduya malik olması və s. mövzulardan söz açılıb.

“Böhran anlarında, xüsusən də zəlzələdən sonra ondan nə istəyə biləcəyinizi bilirsiniz. Bilmirsiniz ki, Kılıçdaroğlu liderlik edə bilər ya yox. Ərdoğan isə bu mövzuda bir çox uğurlara imza atıb”, – deyə alman deputat söyləyib.

Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin ikinci turu mayın 28-də keçiriləcək.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678