Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Ümid edirik ki, mina xəritələri və itkin düşmüş şəxslərin məzar yerləri barədə məlumatlar bizə veriləcək”

39 Baxış

“2020-ci ildə baş vermiş Qarabağ müharibəsi zamanı Azərbaycan ərazilərinin işğaldan azad edilməsi Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasına böyük ümidlər yaratsa da, hazırda bizə mane olan əsas amil ərazilərin minalar və partlamamış sursatlarla çirkləndirilməsidir”.

Turanmedia.az Apa-ya istinadən xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” mövzusunda ilk beynəlxalq konfransda deyib.

“İşğaldan azad edilmiş ərazilərdə basdırılmış minalar bizə məlum olan məzar yerlərində çöl işlərini, o cümlədən qazıntı və ekshumasiya aparmağa imkan vermir, itkin ailələrinin iztirablarının uzanmasını şərtləndirir. Ümid edirik ki, dəqiq mina xəritələri, həmçinin itkin düşmüş şəxslərin sonrakı taleyi, onlara aid məzar yerləri barədə məlumatlar Azərbaycan tərəfinə təqdim ediləcək. Hər iki tərəfə aid itkin düşmüş şəxslərin meyit qalıqlarının tapılaraq eyniləşdirilməsinin aparılması məsələyə qeyd etdiyim formatda münasibətdən çox asılıdır” – deyə o qeyd edib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678