Ayaz Mütəllibovun yaratdığı, deputatın sədr olduğu partiya bağlandı

8 Baxış

Azərbaycanda daha bir siyasi partiya fəaliyyətini dayandırıb.

Turanmedia.az Qaynarinfo-ya istinadən xəbər verir ki, mayın 22-də Vətəndaş Birliyi Partiyası siyasi arenadan çəkilib.

Bununla da ölkədə fəaliyyətini dayandıran partiyaların sayı 22-yə çatıb.

Qeyd edək ki, Vəyəndaş Birliyi Partiyası 1999-cu ildə Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun rəhbərliyi altında yaradılıb.