Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Prezident İlham Əliyev Sinan Oğana zəng edib? – Oğandan AÇIQLAMA – VİDEO

44 Baxış

Türkiyədə “ATA” İttifaqından prezidentliyə keçmiş namizəd Sinan Oğan Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışması barədə bəzi yerli mediada yayılan şayiələri təkzib edib.

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, Sinan Oğan bu barədə “TRT Haber”ə müsahibəsində danışıb.

“İlham Əliyev mənə zəng etməyib. Ondan mənimlə bağlı heç bir ismarış gəlməyib. Əliyevin belə bir təşəbbüs edəcəyi ağlımın ucundan da keçməz. İlham Əliyevə mənim hörmətim vardır. O, bir türk dövlətinin prezidentidir. Türk dövlətləri ilə yaxın olmaq bizim Turançı ruhumuzun bir ənənəsidir. Könül bağı başqa şeydir. Türkiyə Azərbaycanın daxili işlərinə qarışmadığı kimi, Azərbaycanın da Türkiyənin daxili işlərinə qarışmadığı məlumdur”, – siyasətçi bildirib.

Sinan Oğan seçkilərdə Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğanı dəstəkləməklə bağlı Prezident İlham Əliyevin guya ona zəng etməsi barədə iddiaları yalanlayıb.

O, həmçinin neft quyularına sahib olması barədə yayılan iddiaları da təkzib edib: “Seçki kampaniyası üçün istifadə olunan avtobusumun benzini bitdikdə, yanacağın ödənişini yanacaqdoldurma məntəqəsinin sahibi qarşıladı. İcarəyə götürdüyümüz avtobusu yanacaq baxımından istifadə edə bilmirdik. Bu iddialardan əl çəkin”.

Sinan Oğanın sözügedən çıxışını təqdim edirik:

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678