Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sisi Ərdoğana zəng etdi: 10 ildən sonra ilk yaşandı…

34 Baxış

Misir Prezidenti Əbülfəttah Sisi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək onu seçkidəki qələbəsi münasibətilə təbrik edib.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Misir Prezidenti seçkinin nəticələrinin Türkiyə xalqı üçün faydalı olmasını arzulayıb.

Bundan əlavə, tərəflər 2013-cü ildən bəri ilk dəfə olaraq qarşılıqlı şəkildə səfir təyin etmək barədə razılığa gəliblər.

İndiyədək qarşılıqlı əlaqələri müvəqqəti işlər vəkillər tənzimləyirdi.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678