Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Putin: Rusiyada hələ də PUA-ların sayı kifayət etmir

45 Baxış

Rusiyada hələ də PUA-ların sayı kifayət etmir.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ölkənin aparıcı hərbi müxbirləri ilə görüşündə bildirib.

“Orduda çox şey çatışmır, yüksək dəqiqlikli silahlar, rabitə vasitələri, PUA-lar. Amma kəmiyyət baxımından çatışmır”, deyə Putin vurğulayıb.

Onun sözlərinə görə, PUA-ların sayı kifayət etməsə də, Rusiya ordusu onlardan Ukrayna Silahlı Qüvvələrindən daha səmərəli istifadə edir.

Putin bildirib ki, Rusiyada silahların xüsusiyyətləri və uçuş məsafəsi yaxşılaşır. “Əgər xüsusi hərbi əməliyyat olmasaydı, ordumuzu necə kökləyəcəyimizi başa düşməzdik. İl ərzində əsas silah növlərinin istehsalı 2,7 dəfə, ən tələb olunan sahələrdə isə 10 dəfə artıb”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678