Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Deputat: “Gədəbəyin icra başçısı və bələdiyyə sədri niyə vətəndaşlarla işləmirlər?”

45 Baxış

“Qızıl mədəni də Amerikanındır, FETÖ də Amerikada oturub”.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Aqil Abbas deyib.

Deputat bildirib ki, Söyüdlüdə camaatı küçəyə çıxaran da, polisə qaz sıxdıran da eyni əldir: “FETÖ-çülər meydan sulayır. Media adamıyam, mən media adına danışıram. Media da FETÖ-çülərin əlindən qan ağlayır. İki Rusiya vətəndaşını Söyüdlüyə göndərən əli tapmaq lazımdır”.

Deputat Gədəbəy İcra Hakimiyyətinin başçısı və bələdiyyə sədrini də tənqid edib: “Onlar niyə hiss etməyib ki, Gədəbəydə belə təxribat hazırlanır?! Niyə gedib vətəndaşlarla işləməyiblər? Necə olur ki, iki nəfər Rusiyadan gəlib o aksiyanı planlaşdırıb? İcra Hakimiyyətinin işçiləri hara baxırdı?! Hazırda Azərbaycanda polisi nüfuzdan salmağa çalışırlar. Bu yolverilməzdir. Polis ölkənin onurğa sütunudur”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678