Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Arutyunyan Bakı ilə dialoqa bir şərtlə hazır olduğunu bəyan etdi

43 Baxış

Qarabağda məskunlaşan quldur hökumətin başçısı Arayik Arutyunyan yenidən təxribatçı bəyanatla çıxış edib.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, o, irredentist komandası ilə görüşdə bildirib ki, bir şərtlə Bakı ilə dialoqa hazırdır.

Bu ondan ibarətdir ki, Rusiya vasitəçi rolunu öz üzərinə götürsün.

O hələ də başa düşməyib ki, Azərbaycan üçüncü dövlətlərin vasitəçiliyi ilə etnik azlıqlarla danışıqlara getməyəcək. Belə bir beynəlxalq mexanizmlər yoxdur.

Son vaxtlar Arutyunyan Rusiyanı məsələyə qatmaq üçün dəridən-qabıqdan çıxır və gərginliyi artırmaqla nəysə əldə etməyə çalışır. Lakin qeyd etmək yerinə düşər ki, dünən Rusiyan XİN nümayəndəsi Mariya Zaxarova Qarabağdakı vəziyyətlə əlaqədar onun Kremlə ünvanladığı yalvarış məktubundan xəbərsiz olduğunu bildirdi. Bununla bağlı erməni jurnalistin sualını cavabsız qoydu.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678