Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyənin Ali Məhkəməsinin sədri və baş prokuroru Naxçıvana səfər ediblər

45 Baxış

Türkiyənin Ali Məhkəməsinin sədri Mehmet Akarca və Ali Məhkəmənin Baş prokuroru Bekir Şahin Azərbaycanın baş prokuroru Kamran Əliyevin dəvəti ilə Naxçıvan Muxtar Respublikasına işgüzar səfər ediblər.

Turanmedia.az report-a istinadən xəbər verir ki, səfər çərçivəsində qonaqlar ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə güllər düzüb, ehtiramlarını bildiriblər.

Sonra Azərbaycanın Baş prokuroru Kamran Əliyev, Türkiyənin Ali Məhkəməsinin sədri Mehmet Akarca, Ali Məhkəmənin Baş prokuroru Bekir Şahin və digər qonaqlar Heydər Əliyev Muzeyinə gedərək dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Daha sonra qonaqlar Türkiyə Cümhuriyyətinin banisi, qazi Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsini, Şəhidlər xiyabanını və xiyabanda Türk ordusunun şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə tər güllər qoyublar.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Türkiyənin Ali Məhkəməsinin sədri, Ali Məhkəmənin Baş prokuroru və digər rəsmi şəxslərin Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşü olub.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678