Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nazir Rusiyaya görə vəzifəsindən qovuldu

31 Baxış

Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmağı müdafiə edən Serbiyanın iqtisadiyyat naziri Rade Basta parlamentarilərin səsverməsindən sonra istefaya göndərilib.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə “Tanjug” agentliyi məlumat yayıb.

Məlumata görə, iclasda iştirak edən 194 deputatdan 149-u iqtisadiyyat nazirinin istefasının lehinə səs verib, 45-i bitərəf qalıb.

Qeyd olunub ki, yeni nazir təyin olunana qədər Serbiya baş nazirinin müavini, maliyyə naziri Sinişa Mali bu vəzifəni icra edəcək.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678