Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Müharibənin 4-cü günü Qasparyan dedi ki… – Tonoyan

36 Baxış

Müharibənin dördüncü günü Baş Qərargah rəisi Onik Qasparyan Təhlükəsizlik Şurasının iclasında hərbi əməliyyatların dayandırılmasını təklif etmişdi.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan parlamentin 44 günlük müharibə ilə bağlı istintaq komissiyasının iclasında deyib.

“Məhkəmə proseslərindən keçdiyim üçün çox ehtiyatla cavab verə bilərəm. Dəqiq xatırlayıram ki, Təhlükəsizlik Şurasının iclasında belə söhbət olmuşdu. TŞ-nin bunun hansı hissəsini yaydığını bilmirəm, amma belə bir danışıq olmuşdu və bununla bağlı ilk məruzəni də mən aldım”, – Tonoyan bildirib.

Tonoyanın sözlərinə görə, o, məruzəni baş nazirə və Təhlükəsizlik Şurasına təqdim etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, Tonoyan Azərbaycana qarşı “Yeni müharibə, yeni ərazilər” şüarını irəli sürən və işğalı genişləndirmək niyyətini açıq şəkildə ortaya qoyan şəxsdir. 44 günlük müharibədə erməni ordusu darmadağın ediləndən 10 gün sonra işdən çıxarılan Tonoyan 2021-ci ilin sentyabrından həbsdədir. Keçmiş müdafiə naziri sursat təchizatından sui-istifadədə ittiham olunur.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678