Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ərdoğan: “Türkiyə FETÖ virusundan təmizlənənədək mübarizəni davam etdirəcəyik”

40 Baxış

“Dövlətimiz FETÖ virusundan təmizlənənədək onunla mübarizəni davam etdirəcəyik”.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin 3,5 saat davam edən iclasından sonra mediaya açıqlamasında bildirib.

O, öz ölkəsinin inkişafı üçün çalışan hər bir vətəndaşa səslənərək deyib ki, insanlar kimi, dövlətlər də həyatlarında dalğalanmalar yaşaya bilərlər.
“İstər daxili, istərsə də regional böhranlar kimi bəzi problemlər müvəqqəti xarakter daşıyır. Türkiyənin gücü keçmişlə müqayisə olunmayacaq dərəcədə böyükdür. Bu dövrdə birlikdə qorumalı olduğumuz şey millətin ortaq dəyərləridir. Biz buna nail olanda heç kim önümüzə mane ola bilməz. Qurumlarımızın işində, sistemin fəaliyyətində hələ də çatışmazlıqlar varmı? İki əlin barmaqları kimi sıxsaq, hamısına qalib gələ bilərik. İndiyə qədər göstərdikləri səbrə görə hər bir vətəndaşımıza millətim adından minnətdarlığımı bildirirəm. Bu tarixi dönüş nöqtəsini uğurla başa vuraraq, Türk əsrinin pillələrini birlikdə atacağıq”, – deyə Ərdoğan vurğulayıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678