Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Xankəndiyə göndərilən TIR-lar İranda doldurulur – Video

37 Baxış

Ermənilərin “maşın şousu”nu təqib edirik. Azərbaycan əleyhinə təbliğat aparmaqla məşğuldurlar. Burada ermənilərlə yanaşı, İranın da əlinin olmasını istisna etmirik.

Turanmedia.az xəbər verir ki, bu sözləri Axar.az-a Güney Azərbaycan İstiqlal Partiyasının sədri Saleh İldırım deyib.

O bildirib ki, İranın belə bir fürsəti dəyərləndirməməsi mümkün deyil:

“Bütün hallarda Azərbaycan əleyhinə qışqırtmaların arxasında İran dayanıb. 44 günlük Vətən müharibəsində rejimin Ermənistanın yanında yer alması bizi bu haqda yenidən düşünməyə vadar edir. Güman edirəm ki, sürücülərin əksəriyyəti farslardır. İran rejimi xüsusi yetişdirilmiş adamlarını və ETTELAAT-dan olan şəxsləri sürücü olaraq Xankəndiyə göndərmək istəyər. Çünki bölgədə baş verənləri ətraflı izləmək üçün İran bu fürsəti qaçıran deyil. Odur ki, yayılan xəbərlərin həqiqiliyi heç də şübhə doğurmur. Hətta bir az da irəli gedərək, bunu deyə bilərəm ki, ermənilərdən daha çox İranın TIR-larda göndərdikləri xüsusi agentləri Xankəndiyə daxil olan kimi mütləq bir şəkildə qruplaşmalar yaradaraq, iğtişaşlar törətməyə cəhd edəcəklər.

Məqsədləri bu qarışıqlığı Azərbaycan əleyhinə istifadə etməkdir. Əminliklə deyə bilərəm ki, İran “humanitar şou”nun tərkib hissəsidir. Odur ki, TIR sürücülərinin bir çoxunun erməni deyil, rejimin adamlarından olması istisna edilməməlidir. Hətta bu maşınların birbaşa İrandan yük doldurub gətirdiklərini deyənlər də var. Məntiqlidir. İrana məxsus maşın nömrələrini dəyişib, Ermənistan nişanlı nömrələrin taxılması da mümkündür. İran işğal rejimi hər bir fitnə törətmək iqtidarındadır. Bu xəbərlərin həqiqiliyi də tezliklə ortaya çıxacaq”.

Saleh İldırım qeyd edib ki, İranın bu işdə məqsədi Qarabağ ermənilərinin Azərbaycanla birgə yaşayış prosesinə maneə yaratmaqdır:

“Azərbaycan və türk düşmənliyi İran rejiminin əsas siyasətidir. Bu siyasətə erməniləri də alət ediblər. Deyə bilərəm ki, bölgədə gərginlik yaratmaq, Zəngəzur dəhlizinin açılmasına maneə olmaq, Ermənistan və Azərbaycan arasında sülh prosesini ləngitmək İranın əsas hədəfidir. İran rejimi Azərbaycan əleyhinə bütün imkanları istifadə etməkdən çəkinmir”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678