XİN: Ermənistanın öhdəliklərindən biri Azərbaycanla Naxçıvan arasında kommunikasiyaların açılmasıdır
10 Baxış

Təbii ki, biz post-münaqişə mövzusunda danışarkən digər istiqamətlərdə aparılan layihələr və danışıqlar barədə də fikir mübadiləsi apardıq.
Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadca Labibi ilə brifinqi zamanı deyib.
“Üçtərəfli bəyanatda nəzərdə tutulduğu kimi, Ermənistanın bir sıra öhdəlikləri diqqətə çatdırıldı. Hansı ki bunlardan nəqliyyat-kommunikasiyaların açılması, Azərbaycanla Naxçıvan arasında kommunikasiyaların açılması əsas məqamlardan biridir. Bu istiqamətdə iki il yarım gedən danışıqlarda bəlli bir irəliləyiş olsa da, Ermənistanın qeyri-konstruktik mövqeyi tam nəticə əldə etməyə imkan vermir”, – nazir əlavə edib.