Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nazir: “Ermənistan hərbi və siyasi təxribatlara yol verir”

33 Baxış

“Görüş zamanı son vaxtlar Laçın-Xankəndi yolu ətrafında cərəyan edən proseslər barədə də fikir mübadiləsi aparıldı”.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda belçikalı həmkarı Hadca Labib ilə görüşdən sonra keçirilən brifinqdə deyib.

“Xanım nazirə son iki il yarım ərzində Laçın-Xankəndi yolundan Ermənistan tərəfindən qanunsuz istifadə halları və Azərbaycanın çoxsaylı çağırışlarına baxmayaraq, qanunsuz əməllərin istiqamətləri barədə məlumat verdim. Bildirdim ki, nəhayət, Azərbaycan öz suveren hüquqlarından istifadə edərək Laçın sərhəd-buraxılış məntəqəsini təsis etdi, bununla da, keçidin şəffaf və qaydalara uyğun formada həyata keçirilməsi təmin olundu”, – deyə nazir əlavə edib.

Ceyhun Bayramov bildirib ki, bütün bunları qəbul edə bilməyən Ermənistan bir sıra hərbi və siyasi təxribatlara yol verir: “Azərbaycan dövləti tərəfindən konstruktiv addımlar atılır. Sərhəd-buraxılış məntəqəsi bu gün fəaliyyətini davam etdirir. Beynəlxalq Qızıl Xaç Komitəsinin müraciətləri əsasında hər iki istiqamətdə keçidlər var, həmçinin Rusiya Sülhməramlı Kontingentinin müraciəti ilə yeri sakinlərin keçidi həyata keçirilməkdədir”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678