Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Prezidentin müşaviri: “Ərdoğan-Putin görüşü prioritetdir”

31 Baxış

Rəsmi Ankara Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin görüşünü prioritet hesab edir.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, Türkiyə Prezidentinin baş müşaviri Akif Çağatay Kılıç bu barədə yerli NTV telekanalına müsahibəsində bildirib.

“Prezident Administrasiyası bu görüşün müxtəlif tarixləri və müxtəlif formatları üzərində işləyir. Burada birinci prioritet prezidentimizin mümkün qədər tez Putinlə görüşməsini təmin etməkdir”, – müşavir deyib.

Bundan əvvəl “Bloomberg” Türkiyə rəsmilərinə istinadən yazıb ki, Rəcəb Tayyib Ərdoğan sentyabrın 8-də Vladimir Putinlə görüşmək üçün Rusiyaya səfər edəcək.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678