İran Baş Qərargahının idarə rəisi: “Bəzi qüvvələr ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinə xələl gətirməyə cəhd göstərir”

7 Baxış

“Bəzi qüvvələr əsassız və yalan məlumat yaymaqla ölkələrimiz arasında mövcud olan dostluq və mehriban qonşuluq münasibətlərinə xələl gətirməyə cəhd göstərir”.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bunu bu gün Bakıda Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında hərbi sahədə əməkdaşlığa dair “Birgə komissiya”nın 3-cü iclasında İran İslam Respublikasının Silahlı Qüvvələrinin nümayəndə heyətinin rəhbəri general-mayor Məhəmməd Əhədi bildirib.

General bu baxımdan qarşılıqlı səfərlərin və işçi səviyyəsində keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb.