G20-nin Ukrayna bəyanatı yumşaq idi – Trüdo

7 Baxış

“İyirmilik” (G20) ölkələri liderlərinin Ukrayna ilə bağlı yekun bəyanatı yalnız Kanadadan asılı olsaydı, daha sərt ola bilərdi.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bunu Kanadanın Baş naziri Castin Trüdo deyib.

“Əgər bu məndən asılı olsaydı, o zaman liderlərin bəyanatı daha sərt olardı, xüsusən də Ukrayna barədə… Əgər danışıqlar masası arxasındakı bəyanat yalnız digər ölkələrdən asılı olsaydı, o zaman bu, daha yumşaq olardı”, – Trüdo bildirib.

O qeyd edib ki, G20 “son dərəcə fərqli qrup”dur və bəyanat mümkün qədər sərt idi.